Bakı
Lyrics Elvina

Written by: MC Murad

72449
Correct
Save
Cancel
Burda kainata göz açıb doğulmuşam
Burda o qədər sıxılmışam, boğulmuşam
Burda insanların arasında ruh olmuşam
Və yuxulara qarışıb yox olmuşam
Burda Xəzərin hüzurunu sığmışam
Neqativ fikirlərimə qonmuşam
Burda hər gün eyni boz manadon
Günəşi gözləməkdən mən yorulmuşam

Burda darıxıram tək-tənha
Ruhum batıb günaha
Burda çox ucuz ölüm, yaşam çox baha
Burda ilin dörd fəsli son bahar
Burda yağır yenə yağışlar
Burda kədərlidi baxışlar
Burda dərk etdim ki bir daha
Yolların hamısı aparır Allaha

Burda arzuların çoxunu itirmişəm
Həyatı zamanın axarına ötürmüşəm
Başladığım nağılı bitirmişəm
Yarı yolda qoyanları çox görmüşəm
İnanmışam... güvənmişəm...
Sevinmişəm... tərk edilmişəm...

Darıxıram tək-tənha
Ruhum batıb günaha
Burda çox ucuz ölüm, yaşam çox baha
Burda ilin dörd fəsli son bahar
Burda yağır yenə yağışlar
Burda kədərlidi baxışlar
Burda dərk etdim ki bir daha
Yolların hamısı aparır Allaha

Tək-tənha
Ruhum batıb günaha
Burda çox ucuz ölüm, yaşam çox baha
Burda ilin dörd fəsli son bahar
Burda yağır yenə yağışlar
Burda kədərlidi baxışlar
Burda dərk etdim ki bir daha
Yolların hamısı aparır Allaha

Comments

Listen